Şagirdlərdə araşdırma aparıb onu təqdimetmə bacarığını formalaşdırmaq

Sinif: 3b
Mövzu: İxtiralar
Dərsin əsas məqsədi mövzu üzrə araşdırma aparıb onu təqdimetmə bacarığını formalaşdırmaqdır. Birinci dərsdə şagirdlər cütlər şəklində onlara maraqlı olan ixtira haqqında internetdə araşdırma aparıb nəticəni digər yoldaşları ilə paylaşdılar. Gündəlik həyatda rastlaşdıqları əşyaların kim tərəfindən və hansı şəraitdə ixtira olunması haqqında məlumat toplamaq şagirdlərin marağına səbəb oldu. Dərsin ikinci hissəsində isə şagirdlər özlərinin ixtira etmək istədikləri əşyaların təsvirini yaratdılar. Məsələn, çanta daşıyan robot, yazını şagird əvəzinə yazan avtomatik qələm hazırladılar.