Məktəbimizdə "20 Yanvar: Qan yaddaşımız" adlı sərgi keçirildi
Bu gün 198 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş "20 Yanvar: Qan yaddaşımız" adlı sərgi keçirildi. Sərgidə 20 Yanvar hadisələrinə həsr olunmuş rəsm əsərləri, bu hadisələrdən bəhs edən materiallar, həmçinin qəzet və jurnallar nümayiş olundu.