Məktəbimizdə “Uğura gedən yol” adlı tədbir keçirildi

         Eynulla Ağayev adına 198№li məktəbdə məktəbin fəaliyyət planına əsasən Uğura gedən yol adlı tədbir keçirildi. Tədbirdə Bakı şəhər 108, 113, 123, 155, 265, 279 saylı məktəblərin direktorları iştirak edirdilər. Məktəbin direktoru Şəlalə Nadirova qonaqları salamlayaraq tədbirin məqsədinin təcrübə mübadiləsi xarakteri daşıdığını vurğuladı. Direktorlar məktəb kollektivi ilə dəyirmi masa ətrafında maraqlı fikir mübadiləsi apardılar. Hər bir məktəb direktoru öz təcrübəsini bölüşdü. Ümid edirik ki, məktəblər arası əməkdaşlıq hər bir məktəbə öz müsbət töhfəsini verəcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi