5c sinfinin valideynləri ilə növbəti iclas keçirildi

16.12.2022-ci il tarixində məktəbimizin 5c sinfinin valideynləri ilə növbəti iclas keçirildi. Sinif rəhbəri şagirdlərin davamiyyəti, nizam-intizamı, dərsə hazırlığı haqqında məlumat verdi. Fənn müəllimləri də öz fikirlərini bildirərək şagirdlərdə testlə işləmə bacarıqlarının daha da inkişaf etdirilməsini tövsiyə etdi. Sonda valideynlər məktəbin direktoruna məktəb mühitində yaradılmış nizam-intizama, göstərilən diqqət və qayğıya görə razılıqlarını bildirib təşəkkür etdilər.