Azərbaycan dili fənni üzrə "Sərbəst dərs" mövzusunun fərqli təşkil olunması

3b sinfində Azərbaycan dili fənni üzrə "Sərbəst dərs" mövzusunda şagirdlər "Qaçaraq imla" yazdılar. Kiçik bir mətnin nüsxələri dəhlizə yapışdırılır. Şagirdlər kiçik komandalara bölünür. Komandalarda bir nəfər "qaçan", digərləri isə yazan olur. Qaçan şagird dəhlizə qaçıb bir cümlə oxuyub yadda saxlayır, daha sonra komanda üzvlərinin yanına gəlib oxuduğu cümləni diktə edir. Proses mətn bitənə kimi davam edir. Bu fəaliyyət oxu, dinləmə və yazı bacarıqlarının interaktiv formada möhkəmlənməsinə, qısa yaddaşın inkişafına və müsbət öyrənmə mühitinin formalaşmasına xidmət edir.