Şagirdlərimizin Azərbaycan Kiber İdman Federasiyasına ekskursiyası
10.12.2022 – ci il tarixində məktəbimizin şagirdlərinin Azərbaycan Kiber İdman Federasiyasına ekskursiyası təşkil edildi. Bu ekskursiyanın keçirilməsində əsas məqsəd şagirdlərdə kompüter oyunlarından düzgün iştifadə etmək və onları Azərbaycanda kiber idman üzrə keçirilən yarışlarla tanış etmək idi. Eyni zamanda şagirdlərə Azərbaycan Kiber İdman Federasiyasının “Zəfər yolu” çərçivəsində keçirdiyi yarışlar və iştirakçı komandalar haqqında məlumatlar verildi. Bu cür yarışların keçirilməsində əsas məqsəd təkcə kiber idmanın inkişafı deyil, həm də gənclərin asudə vaxtının səmərəli keçirilməsi, pis vərdişlərdən uzaq olması, eləcə də onlara vətənpərvərlik hisslərinin aşılanmasıdır.
Şagirdlər bir daha əmin oldular ki, kompüter oyunlarından təkcə asudə vaxtı səmərəli keçirmək kimi istifadə etmək olmaz.Eyni zamanda bu oyunlardan insanların fikir və intellektual qabiliyyətlərini aşkar etmək yaradıcılığının şahidi oldular.