Məktəblilərimiz "Zəfər" məktəblilərarası I tarix olimpiadasında qalib oldu

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Zəfər” məktəblilərarası I tarix olimpiadası keçirildi. Olimpiadanın keçirilməsinin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətən müharibəsində qazanılmış Qələbə və qəhrəman Ordumuzun Zəfər Yolu barədə məktəbliləri məlumatlandırmaq, həmçinin istedadlı şagirdləri üzə çıxarmaqdan ibarətdir.
"Zəfər" məktəblilərarası I tarix olimpiadasının ilk turunun qalibləri məktəbimizin X sinif şagirdləri Məmmədzadə Fatimə - 24, Dadaşova Fəridə - 23, Cəfərova Meyxoş - 20 bal toplayaraq final turunda iştirak hüququ qazanmışlar. Hər bir şagirdimizə final turunda uğurlar arzu edirik.