Əhməd Cavadın 130 illiyinə həsr olunmuş "Əzilsəm də susmaram!" adlı ədəbi - bədii tədbiri keçirildi

Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Ağca Xəlilovanın təşkilatçılığı ilə Cümhuriyyət şairi Əhməd Cavadın 130 illiyinə həsr olunmuş "Əzilsəm də susmaram!" adlı ədəbi - bədii tədbiri keçirildi. Tədbirdə məktəbin müəllim və şagird heyəti iştirak etdi.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Şagirdlərin ifasında şairin şeirləri dinlənildi, videoçarx nümayiş etdirildi. Əhməd Cavadın sözlərinə yazılmış mahnılar və məktəbimizin uşaq xorunun ifasında çıxışlar oldu.