Təlim nəticələri zəif olan IX sinif şagirdləri ilə görüş keçirildi

Bu gün təlim nəticələri zəif olan 9-cu sinif şagirdləri ilə görüş keçirildi.
Məqsəd Formativ qiymətləndirmənin nəticələrini müzakirə etmək idi.
Müzakirə zamanı şagirdlər əlavə məşğələlərin onların təlim nəticələrinin yüksəlməsinə xidmət etdiyini vurğuladılar, maraqlı fikirlər söylədilər. Hətta bir şagird qazandığı biliyi necə fəaliyyətə çevirdiyini böyük həvəslə bildirdi.