Məktəbimizin gənc müəllimi Ramiz Talıbovun uğuru

2022-ci il 30 oktyabr tarixində, Elitar Gimnaziyanın daxilində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı ilə Bakı şəhərində
“Gənc müəllimlərin debat çempionatı” - gənclərdə “soft skills” təməl bacarıqların formalaşdırılması” layihəsinin final mərhələsi keçirilmişdir.
Layihənin məqsədi regionun gənc müəllimləri arasında 21-ci əsr bacarıqları sırasında olan ünsiyyət, özünü təqdimetmə və natiqlik bacarıqlarının inkişaf etdirilməsidir.
Yekunda final oyununun qalibi "Günəş" komandası olmuşdur. Komandanın tərkibi isə belədir:
Ramiz Talıbov - 198 nömrəli tam orta məktəb
Səfərova Kəmalə - Elitar Gimnaziya
Abışova Rəna - Elitar Gimnaziya
Təbrik edirik !