1-ci sinif şagirdlərinin kitabxana ilə tanışlığı

25.10.2022-ci il tarixdə 198 nömrəli tam orta məktəbin kitabxanasında mütaliə ilə bağlı tədbirlərin təşkili çərçivəsində kitabxanaçılar və sinif müəllimlərinin iştirakı ilə 1-ci sinif şagirdlərinin kitabxana ilə tanışlığı təşkil olundu. Bu cür tədbirlərin təşkilində məqsəd şagirdlərin kitabxanaya və mütaliəyə olan marağını kiçik yaşlarından artırmaqdır.