“Rəqəmsal bacarıqlar” layihəsi məktəbimizdə

“Rəqəmsal bacarıqlar” layihəsi təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsini, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olunmasını, rəqabətqabiliyyətliyini, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin edir. "İnformatika" fənninin tədrisini təkmilləşdirməklə layihə şagirdlərdə alqoritmik düşüncə, məntiqi təfəkkür, layihə qurmaq bacarıqlarını inkişaf etdirir və proqramlaşdırmanın əsaslarını öyrədir.
"Rəqəmsal bacarıqlar" layihəsinin təhsil prosesində müasir informasiya texnologiyalarının tətbiqi baxımından əhəmiyyəti getdikcə artır.