5a sinfində valideyn iclası keçirildi

5a sinfində valideyn iclası keçirildi. İclasın keçirilməsində əsas məqsəd məktəb-ailə, müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq, çevik ünsiyyət platforması formalaşdırmaqdan ibarət idi. Sinif rəhbəri şagirdlərin dərsə davamiyyəti, nizam-intizamı haqqında məlumat verdi. Valideynlərlə görüşdə fənn müəllimləri şagirdlərin dərsə hazırlığı, tədris keyfiyyətinin yüksəldilməsi üçün məsuliyyətlərinin daha da gücləndirilməsini tövsiyə etdilər.