4-cü sinif şagirdləri arasında "Nağıl saatı" təşkil edildi

       198 nömrəli tam orta məktəbdə 4-cü sinif şagirdləri arasında "Nağıl saatı" təşkil edildi. Şagirdlər "Nənəmin nağılları", Uşaqlar üçün hekayələr ","Cəsur ayı", “Miyo edən kim idi" və s. kitablarda tanış olduqları nağıllardan bəhs edərək, həmçinin oxuduqları hekayə və təmsillərdən parçalar səsləndirib, şeirlər söylədilər. Nağıl saatında şagirdlərlə maraqlı diskusiyalar aparıldı. Şagirdlərə belə tədbirlərin əhəmiyyətindən, yəni nağılların təsiri ilə böyüyən hər bir uşağın söz ehtiyatının zəngin, nitqinin səlis olması, həmçinin bədii əsərlərdəki obrazlar, psixoloji hallar, hadisələrin inkişafı uşaqların dünyagörüşünün genişlənməsinə təkan verən amillər olduğu xüsusi vurğulanaraq şagirdlərin nəzərinə çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi