"18 Oktyabr - Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş dəyirmi masa keçirildi

18.10.2022-ci il tarixində 198 nömrəli tam orta məktəbdə "18 Oktyabr - Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbir Müstəqil Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başladı, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Dəyirmi masada çıxış edən şagirdlər ilk öncə tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi və Müstəqilliyn Bərpası Günü haqqında geniş məlumat verdilər, həmçinin şagirdlər Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasətinın bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini,o cümlədən Azərbaycanın gündən - günə daha da gücləndiyi, qüdrətləndiyini xüsusi olaraq vurğuladılar. Sonda dəyirmi masa iştirakçıları arasında mövzu ətrafında maraqlı fikir mübadilələri aparıldı, fikirlər dinlənildi.