"Müəllimlərin İntellektual Kuboku" oyununda məktəbimiz final mərhələsinə vəsiqə qazandı

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Tutorlab (TutorLab.az) və Consensus İntellekt Mərkəzinin tərəfdaşlığı ilə 15 oktyabr 2022-ci il tarixində 225 nömrəli tam orta məktəbdə "Müəllimlərin İntellektual Kuboku" oyunlarının növbəti mərhələsi "Nə? Harada? Nə zaman? turnirində 9 komanda yarışdı.
Yarışda 198 nömrəli tam orta məktəbi gənc müəllimlərdən ibarət "Apollon" komandası layiqincə təmsil etmiş və digər komandalardan fəallığı ilə fərqlənərək yarışın növbəti final mərhələsinə vəsiqə qazanmışdır.
İntellektual oyunda iştirak edən müəllimlərimizi təbrik edirik, uğurlarının davamlı olmasını arzulayırıq.