"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində valideynlərlə görüş keçirildi

2022-2023-cü tədris ilində məktəbimizdə "Rəqəmsal bacarıqlar" layihəsi tətbiq olunmağa başlanıb. Layihənin məqsədi təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasıdır. Valideynlərlə bu istiqamətdə görüş keçirildi, layihə ilə bağlı ətraflı məlumat verildi, onları maraqlandıran suallar cavablandırıldı. Şagirdlərin böyük marağına səbəb olan bu layihə valideynlər tərəfindən də maraqla qarşılandı.