10a sinfində "Mənim dilim şirindir" mövzusunda dərs keçirildi

198N-li tam orta məktəbdə təhsil səviyyəsində humanitar istiqamətlər üzrə fəaliyyət göstərən 10a sinfində "Mənim dilim şirindir" mövzusunda dərs keçirildi. Humanitar təmayülləşmənin tətbiqində əsas məqsəd ümum orta təhsil səviyyəsində humanitar istiqamətdə fərqlənən bu və ya digər fənn qrupu üzrə təhsil almağa xüsusi meyil və maraq göstərən, ali məktəbdə təhsilini davam etdirmək potensialına malik şagirdlərin müəyyən edilməsi və onlarla səmərəli təhsil şəraitinin yaradılmasından ibarətdir.