Fənlər üzrə diaqnostik qiymətləndirmələr keçirildi

Yeni təsris ilində ümumi təhsil müəssisələrində ilk dərslərin “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunması şagirdlərin tədris ilinə daha böyük ruh yüksəkliyi ilə başlamasına şərait yaratdı. Siniflərdə fənlər üzrə diaqnostik qiymətləndirmələr keçirildi. Diaqnostik qiymətləndirmə zamanı məqsədlər müəyyənləşdirilərkən fənlər üzrə təhsil proqramının məzmunu əsas götürülür.