Məktəbimizdə rəsm sərgisi təşkil edildi

198 N-li tam orta məktəbdə şagirdlərimizin son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən genişmiqyaslı təxribat nəticəsində baş verən hadisələrdən təsirlənərək qazandığımız möhtəşəm qələbəyə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi təşkil edildi. Həmçinin sərgidə bu mövzunu əhatə edən kitablar da nümayiş olundu. Sərgi şagird və müəllim kollektivi tərəfindən rəğbətlə qarşılandı.