"Yay məktəbi"ndə Şahmat dərsi

198 nömrəli tam orta məktəbdə "Yay məktəbi " layihəsi çərçivəsində təşkil olunan dərslərdən biri də şahmat fənninin tədrisidir. Məqsəd şagirdlər arasında şahmatın geniş təbliğ edilməsi, bu idman növünə meyl və marağın gücləndirilməsi idi. Şagirdlər dərsdə həvəslə iştirak etdilər.
Qeyd edək ki, “Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilir.