"Yay məktəbi"ndə Riyaziyyat dərsi

Məktəbdə “Yay məktəbi”nin keçirilməsi davam edir. Şagirdlər dərsə həvəslə gəlirlər. Müəllimlər dərsləri maraqlı keçirmək üçün müvafiq fənlər üzrə intellektual oyunlar təşkil edirlər. 5-ci sinflərdə riyaziyyat fənnindən "Kibrit çöplər ilə məsələ həlli" mövzusunda əyləncəli dərs təşkil edildi. Dərsin əyləncəli və məntiqli keçməsi şagirdlərin dərsə olan marağını və riyazi təfəkkürünün formalaşmasına kömək etdi.
Qeyd edək ki, “Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilir.