1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı siniflər üzrə tədbirlər keçirilib. Tədbirdə musiqilər, şeirlər, mahnılar, rəqslər təqdim olunub. Məktəbimizin birinciləri rəngarəng çıxışları ilə bütün uşaqları 1İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik etdilər.
Həmçinin müəllimlər Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixindən danışıb. Qeyd olunub ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təsis olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndi və elə həmin tədbirdə 1 iyun tarixini Uşaqların Beynəlxalq Müdafiəsinə həsr etmək qərara alındı.