Məktəbimizdə 8-9-cu siniflərin qız şagirdləri ilə təlim-tərbiyə mövzusunda söhbət aparıldı

31.05.2022-ci il tarixində E.Ağayev adına 198 nömrəli tam orta məktəbin direktoru Ş.Nadirova 8-9-cu siniflərin qız şagirdləri ilə təlim-tərbiyə mövzusunda söhbət aparıb. Söhbət zamanı şagirdlərə milli-mənəvi dəyərlərin qorunub saxlanılmasının, onların davam etdirilməsinin nə qədər vacib olduğu vurğulandı. Milli-mənəvi dəyərlərin aşılanması ilə yanaşı, təhsilin də onların həyatında əsas prioritet olduğunu qeyd etdi. Sonda şagirdləri maraqlandıran bəzi məqamlara aydınlıq gətirilərək onların fikirləri dinlənildi.