Məktəbimizdə "Qoy həmişə günəş olsun" adlı tədbir keçirildi

E.Ağayev adına 198 nömrəli tam orta məktəbdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Qoy həmişə günəş olsun" adlı tədbir keçirildi. Tədbir məktəbin rus dili müəllimləri tərəfindən hazırlanmışdı. Bunu nəzərə alaraq uşaqlar rus dilində bir-birindən maraqlı çıxışlar etdilər, şeirlər söyləyib, səhnəciklər göstərdilər. Uşaqlar bizim gələcəyimizdir. Uşaqları sevək və onlara qayğı ilə yanaşaq.