Şəhid Qurbanov İmran İlqar oğlu

23 may Ramana kəndinin şəhidi Qurbanov İmran İlqar oğlunun doğum günüdür. Qurbanov İmran İlqar oğlu 23 may 1989-cu ildə sadə bir ailədə dünyaya göz açmışdır. Yaşasaydı 33 yaşını ailəsi,yaxınları və dostları ilə qeyd edəcəkdi. İmranın ad günü çox təəssüf indi onsuz qeyd olunur. 2020-ci il sentyabrın 27-də Cənab Prezident İlham Əliyevin sərəncamı ilə antiterror əməliyyatı başlandı. Tağım komandiri kapitan Qurbanov İmran Füzuli rayonunda gedən ağır döyüşlərdə qəhrəmancasına həlak oldu. Bu gün Sabunçu rayonu E.Ağayev adına 198№li tam orta məktəbin müəllim və şagird kollektivi, valideynlər Fəxri xiyabanda uyuyan şəhid İmranı ziyarət etdilər. Məktəbin şagirdləri şəhidlərə, şəxsən İmrana həsr olunmuş şeirlər söylədilər, ürək sözlərini dedilər. Məzarı üzərinə məktəb kollektivi adından əklil qoyuldu. Allah rəhmət eləsin.