Bu gün məktəbimizdə 4-cü sinif şagirdləri arasında bilik yarışı keçirildi

      18.05.2022-ci il tarixində E.Ağayev adına 198 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdləri arasında bilik yarışı keçirildi. Ümumilikdə 5 mərhələdən ibarət yarışın başlıca məqsədi şagirdlərin intellekt səviyyəsini yoxlamaq, mövcud boşluqları müəyyənləşdirib aradan qaldırmaq idi. Yarışmanın münsiflər heyətində məktəbin direktoru Şəlalə Nadirova, direktor müavini Törə Rəhimova, 4-cü siniflərin müəllimləri təmsil olunurdular. Yarış şagirdlər tərəfindən çox böyük maraqla qarşılandı. Sonda qalib komandalar müəyyən edildi, direktor Şəlalə Nadirova yarışla bağlı təəssüratlarını bölüşdü, tövsiyələrini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi