Məktəbimizdə "Könlüm keçir Qarabağdan..." mövzusunda ədəbi-bədii kompozisya keçirildi

06.05.2022-ci il tarixdə Sabunçu rayonu E.Ağayev adına 198 nömrəli məktəbin 6a sinif şagirdlərinin iştirakı ilə "Şuşa ili" devizi altında "Könlüm keçir Qarabağdan..." mövzusunda ədəbi-bədii kompozisya keçirildi. Tədbirdə məktəbin direktoru, müəllim, valideyn və şagirdlər iştirak etdi.
Şagirdlərin ifasında Qarabağın ədəbi mühiti, ədəbiyyat və incəsənət xadimləri haqqında maarifləndirici çıxışlar oldu, videoçarxlar nümayiş etdirildi.
Məktəbin direktoru Şəlalə Nadirova tədbir iştirakçılarına Şuşanın tarixi haqqında məlumat verərək, 2022-ci ilin Şuşa ili elan olunması ilə əlaqədar məktəbimizdə tədbirlərin davamlı olacağını vurğuladı və tədbirin təşkilatçılarına, dil ədəbiyyat müəllimi Ağca Xəlilovaya təşəkkürünü bildirdi.