Məktəblilərimiz şəhid Seyidov Əli Rahin oğlunun ev muzeyini ziyarət etdi

      29.04.2022-ci il tarixində E.Ağayev adına 198 N-li tam orta məktəbin 4-cü siniflərinin müəllim, valideyn və şagird kollektivi şəhid Seyidov Əli Rahin oğlunun Ramana qəsəbəsində yerləşən ev muzeyinə ziyarət təşkil etdi, şəhidimizin anası ilə görüşdü, onun uşaqlıq və gənclik xatirələri, idman sahəsində qazandığı uğurları, keçdiyi döyüş yolu, şəhidlik zirvəsinə ucalma tarixçəsi ilə yaxından tanış oldu. Xatırladaq ki, Seyidov Əli Rahin oğlu 04.10.2020-ci il tarixində Suqovuşan döyüşlərində qəhrəmancasına şəhid olub, 10.10.2020-ci il tarixində Bakıda Bülbülə şəhidlər xiyabanında dəfn edilib. Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın, Ağdamın azadlığı uğrunda “medalları,  “Cəsur döyüşçü və Bayraq” ordeni ilə təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi