2b sinfində riyaziyyat fənnindən "Alış - veriş “ mövzusunda dərs keçirildi

2b sinfində riyaziyyat fənnindən "Alış - veriş “ mövzusunda dərs təşkil olundu. Dərs prosesində şagirdlər müxtəlif nominallı pulları dəyərinə görə digərləri ilə müqayisə etmək, verilmiş pulları saymaq, məbləği bir neçə üsulla düzəltmək, pulları dəyərinə görə başqa pullarla dəyişmək, alış- veriş məsələlərini həll etmək bacarıqları formalaşdırıldı. Daha sonra şagirdlərlə cütlərlə və qruplarla iş keçirildi. Dərsin daha yaxşı mənimsənilməsi üçün şagirdlərlə rollu oyun keçirildi.