Müəllimlərimiz “Pandemiya və sabahın təhsili” və “Təhsil bütün uşaqlar üçün“ adlı təlimlərdə iştirak etdi

23-24 aprel tarixlərində Avropa - Azərbaycan məktəbində Təhsildə Araşdırma və İnkişaf Mərkəzi (TAİM) tərəfindən təşkil olunan “Pandemiya və sabahın təhsili” və “Təhsil bütün uşaqlar üçün“ adlı təlimlərdə Sabunçu rayonu E.Ağayev adına 198 nömrəli tam orta məktəbin müəllimləri də iştirak edərək dünyanın nüfuzlu universitetlərinin professorlarının mühazirələrindən yararlanmaq imkanı əldə etdilər. Konfransın sonunda müəllimlər sertifikatlarla mükafatlandırıldılar.