23 Aprel "BEYNƏLXALQ KİTAB VƏ MÜƏLLİF HÜQUQLARI GÜNÜ" ilə əlaqədar keçirilən tədbir

      "Oxu günü" tədbirinin keçirilməsi haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinin icrasını təmin etmək məqsədilə 198 nömrəli tam orta məktəbdə "Oxu günü" çərçivəsində məktəbdaxili tədbirlərin həyata keçirilməsinə start verilmişdir. Belə ki, 20.04.2022-ci il tarixində məktəbin kitabxanaçısı Natella Əsgərova, 4b sinfinin rəhbəri Təranə Mahmudova ilə birgə şagirdlərlə kitab müzakirəsi həyata keçirdi. Kitab müzakirəsinin həyata keçirilməsində məqsəd uşaqlara kitabın səmərəsini dərk etdirmək, kitaba maraq oyatmaq, onun qayğısına qalmaq və şagirdlərdə oxu vərdişlərini formalaşdırmaq idi. Həmçinin şagirdlər viktorinalarda iştirak etdilər, oxuduqları kitablardan rəsm nümunələri nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi