Şagirdlərimiz Ramana kəndində yerləşən "Ramana qalasına " ekskursiya etdilər

         Tarixi abidələr və mədəni irsin qorunması məqsədilə 198 nömrəli tam orta məktəbin tarix müəllimi Həsrətli Lalə şagirdlərlə birlikdə Ramana kəndində yerləşən "Ramana qalasına " ekskursiya etdilər.

"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında "

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

Bu Qanun tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi və onlardan istifadə ilə bağlı münasibətləri tənzimləyir.

I fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Tarix və mədəniyyət abidələrinin qorunması:

Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur.

Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir.

Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi və təbliği üçün zəruri olan qurumların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır.

Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları təşkilatları, hüquqi və fiziki şəxslər tarix və mədəniyyət abidələrini qorumalı, onları qorumaqla məşğul olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yerli özünüidarə orqanlarının yaratdığı təsisatlara və qeyri-dövlət təşkilatlara yardım göstərməlidirlər.

Bu maddənin dördüncü hissəsində göstərilən subyektlər tarix və mədəniyyət abidələri yerləşən ərazidə torpaq və ya inşaat işləri görərkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) qabaqcadan icazə almalı və belə icazə alındıqdan sonra torpaq və ya inşaat işlərini görərkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və mütəxəssislərin abidələrin qorunması barədə göstərişlərini icra etməlidirlər.

Azərbaycan Respublikasının dövlət sərhədinin sərhədboyu zona və sərhədboyu zolaqlarında, silahlı münaqişələr zamanı döyüş əməliyyatları zonalarında, hərbi qurumların ərazilərində istifadəsində olan torpaq sahələrində yerləşən daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində və mühafizə zonalarında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada yerləşdirilə bilər.

Maddə 10. Abidələrin toxunulmazlığı:

Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.

Bu qanunun müvafiq maddələrindən də bəlli olduğu kimi ölkə ərazisində bütün mədəni və tarixi abidələr dövlət tərəfindən mühafizə edilir. Ölkə başçısı Prezident İlham Əliyevin sərəncamı ilə tarixi abidələr dövlət tərəfindən mühafizə olunur. Bu qanuna əsasən mühafizə olunan abidələrdən biri də Ramana qalasıdır. Qala daim insanların maraq obyektində olmuş və tarixçilərin diqqətini cəlb etmişdir. 198 nömrəli məktəbin tarix müəllimi Həsrətli Lalə V c sinif şagirdləri ilə 15.04.2022 tarixində Ramana qalasına getmiş və şagirdlərə qala haqqında məlumatları aşılamışdır. Ümumilikdə Bakının Ramana kəndində XII-XIV əsrlərə aid edilən, ağ daşdan tikilmiş bu müdafiə qalasının hündürlüyü 15 metrdir. Şirvanşahlar dönəmində qəsr kimi də istifadə olunub.

Ramana qalası Abşeron memarlıq üslubunda tikilib. Ancaq onun sıldırım qayanın üzərində inşa edilməsi və tikinti zamanı daha gözəgəlimli memarlıq elementlərindən istifadə edilməsi abidəni digərlərindən fərqləndirir. Həmçinin, qalanın bu qədər yüksəklikdə inşasının da təsadüfi olduğunu zənn etmirik. Güman edilir ki, bu qalanın əsas funksiyaları müşahidə və məlumat ötürmək olub. Həmin dövrdə qalanın yerləşdiyi məntəqədən digər Abşeron qalalarını görmək mümkün idi. Ona görə də, təhlükə vaxtı bu qaladan müxtəlif üsullarla digər qalalara məlumat ötürüldüyü ehtimal olunur.

Qala həmçinin müdafiə məqsədi ilə istifadə edilirdi. İlk baxışdan, ölçüsü kiçik görünsə də, qala, əslində, düşməndən müdafiə olunmaq üçün əla imkanlara malik idi.

Abidə bir çox filmlərin çəkilişində istifadə olunub. “Koroğlu”, “Nəsimi”, “Babək”, “Dədə Qorqud” kimi filmlərin müxtəlif kadrlarında möhtəşəm abidəni görmək mümkündür. Bütün bu məlumatlar şagirdlərə verildi. Ekskursiyanın sonunda şagirdlərin sualları da müəllim tərəfindən cavablandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi