ŞAGİRDLƏRİN İMTAHAN STRESSİNİN İDARƏ OLUNMASI və ARADAN QALDIRILMASI YOLLARI" MÖVZUSUNDA GÖRÜŞ

     13.04.2022 - ci il tarixində E.Ağayev adına 198 nömrəli tam orta məktəbin ümumi orta (9 illik) təhsil bazasında təhsil alan 9a, 9b, 9c, 9ç sinif şagirdləri ilə buraxılış imtahanı qabağı "Şagirdlərdə imtahan stressinin idarə olunması və aradan qaldırılması yolları" mövzusunda profilaktik görüş keçirildi. Görüşdə şagirdlərə "Stress nədir?, imtahan stressi nəyə deyilir, stressin idarə olunması və onu aradan qaldırmaq üçün nə etmək lazımdır? " sualları ətrafında müzakirələr aparılaraq müxtəlif videoroliklər nümayiş etdirildi. Art terapiyanın metodlarından olan Mandala metodikası tətbiq olundu.

Görüşün keçirilməsində məqsəd məktəbin buraxılış (9 illik) siniflərində təhsil alan şagirdlərin imtahan stressinin aradan qaldırılmasına kömək etmək və onlara mənəvi psixoloji dəstək olmaq idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi