4 aprel Beynəlxalq İnternet Günüdür

      Bu mövzu ətrafında E.Ağayev adına 198N-li tam orta məktəbin informatika müəlliməsi Qasımzadə Gülər 11-ci sinif şagirdlərinə  “İnternet” nədir sualı verilməklə dərsə başladı. Bu günün tarixindən və slayd nümayiş olunmaqla internetin imkanlarından danışdı.
2005-ci ildən tətbiq olunan bu gün insanların həyat səviyyəsinin yüksəlməsinə xidmət edən yeni texnologiyaların imkanlarını nümayiş etdirmək, bu texnologiyalar və onların funksiyaları haqqında daha dərin məlumatları təqdim etmək üçün düşünülmüşdür. İnternet bəşər tarixinin ən böyük ixtirasıdır. Çünki internet olmadan XXI əsrdə həyatımızı təsəvvür etmək mümkün deyil. İnternetdə vahid idarəetmə mərkəzi, yaxud vahid müdiriyyət yoxdur. Buna baxmayaraq, şəbəkənin belə təşkili əslində dərindən düşünülmüş struktur deməkdir. İnternet sözü isə ilk dəfə olaraq 1990-cı ildə istifadə olunmağa başlayıb. 1994-cü ildə ilk dəfə olaraq internetdən elektron kommersiya məqsədilə istifadəyə başlanılıb. Azərbaycanda internet 1993-cü ildən inkişaf etməyə başlamışdır.
Şagirdlər internetin hansı sahələrdə daha çox istifadə olunduğundan və hansı məqsədlər üçün istifadə etdiklərindən danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi