Məktəbimizdə "Açıq qapı" günü keçirildi

     01.04.2022-ci il tarixində E.Ağayev adına 198 nömrəli tam orta məktəbdə valideynlər üçün "açıq qapı" günü keçirildi. Tədbirin əsas məqsədi müəllim valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyin yüksəldilməsi, eyni zamanda şagirdlərin dərsə məsuliyyətinin artırılması, üçtərəfli əməkdaşlığın təhsilin keyfiyyətinə təsir göstərilməsi idi. Valideynlər məktəbdən xoş təəssüratlarla ayrıldılar.

(Salam. Mən 1a sinifində Rəşidova Vüsalə müellimənin şagirdi Hüseynova Ayşenin valideyni  Həqiqətəm. Mən sonuncu dərsə gəldim. İdman dərsi idi. Məktəbin direktoru Nadirova Şəlalə xanima yazıram nə yaxşı ki, sizin kimi usaqlarmizin direktoru var, usaqlarla maraqlanır. Hər şey üçün çox sağolun. Bütün dərslər yaxşıdır və biz hər şeydən razıyıq)

(Salam. Mən 1a sinif şagirdi Ələsgərli Həsənin valideyni Ələsgərova Günel. Mən məktəbin direktoru Şəlalə xanim Nadirovaya biz valdeynlər üçün həftənin cümə günü məktəbdə “açıq qapı” gününü yaratdığı üçün təşəkkür edirəm. Bu gün övladımın dərsində iştirak etdim və cox razı qaldım. Rəşidova Vüsalə müəllimə dərsi çox gözəl tədris edir. Bu şəraiti yaratdığınız üçün Şəlalə müəllimə sizə təşəkkür edirəm)

(Salam. Mən 1a sinif şagirdi Kurbanova Nərminin valideyni Abdullayeva Könül. Bugünkü dərs mənim çox xoşuma gəldi. Bu tez-tez olsa daha yaxşı olar. Yəni bizdə uşağların dərslərdə necə iştirak etdiyini görərik. Vüsalə müəllimə də çox sağolsun dərsləri uşağlara çox gözəl izah edir. Bu “açıq dərs” üçün Şəlalə müəlliməyə də təşəkkür edirəm. Uşaqlara olan diqqətinə və qayğısına görə sağolsun .)

(Salam. Mən 6ç sinfindən Mustafayeva Tunayın və 2a sinfindən Mustafayeva Aydanın valideyniyəm. Bugün 6ç sinfində riyaziyyat fənnindən Qövs. Mərkəzi bucaq, 2a sinfində riyaziyyat fənnindən vurma və bölmənin qarşılıqlı əlaqəsi mövzusunda açıq dərsdə iştirak etdik. Bize belə bir şərait yaratdığınıza görə Şəlalə müəllimə sizə çox təşəkkür edirəm,  minnətdaram. Ümid edirəm ki, belə “açıq qap” günləri tez-tez keçirilər. Hər şey körpələrimizin gələcəyi naminedir. Bir daha çox sağolun.)

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi