Şagirdlərimiz Digah qəsəbəsində yerləşən Türk əsgərlərinin kompleks abidəsini ziyarət etdi

Bu gün 31 mart Azərbaycanlıların soyqırımı günüdür. Bu münasibətlə Abşeron rayonunun Digah qəsəbəsində yerləşən Türk əsgərlərinin kompleks abidəsini ziyarət etdik. Digah qəsəbəsində yerləşən köhnə məzarlıqda 1918-ci ilin yay-payız aylarında Bakının azad edilməsi uğrunda siddətli döyüşlər olmuşdur. Ermənilərə qarşı mübarizədə yerli kənd əhalisi ilə birlikdə Kavkaz İslam Ordusunun əsgərləri də vuruşmusdular və onlardan 9 nəfəri həmin döyüşlərdə Şəhid olmuşdur.
Məktəbmizin sagirdləri, müəllimələr və valideynlər həmin məzarlığı ziyarət etdik.