Bu gün 1918-ci il 31 mart hadisələrindən 104 il keçir

Ulu öndər Heydər Əliyev 1997-ci il 26 mart tarixində verdiyi sərəncamına əsasən 31 mart Azərbaycanda soyqırım günü kimi anılır. Bu gün 1918-ci il 31 mart hadisələrindən 104 il keçir. Erməni daşnak və bolşeviklərin xalqımıza qarşı törətdiyi hadisə nəticəsində minlərlə insan vəhşicəsinə öldürülmüşdür. Bu hadisə tariximizin qanlı səhifələrindən biridir.
Bu gün 31 mart hadisələri E.Ağayev adına 198 saylı məktəbdə də özünə məxsus formada anıldı. Məktəbimizin 9ç sinif şagirdləri tarix müəlliməsi Qiyasova Lalə müəllimə ilə hazırladıqları dərs nümunəsi maarifləndirici məqsəd daşıyırdı. Dərsdə məktəbin direktoru Nadirova Şəlalə müəllimə, müavini Rəhimova Törə müəllimə iştirak edirdilər. Şagirdlər səhnəciklər göstərdi, vətən haqqında şeirlər dedilər, mahnılar ifa etdilər.
Erməni terroru haqqında Q.Lalə müəllimə geniş məlumat verdi. Xalqımızın dəfələrlə erməni soyqırımına məruz qaldığı qeyd olundu. Biz bu tarixləri heç bir zaman unutmamalıyıq. Bu gün biz qalib xalqıq. Ali Baş Komandan Azərbaycan Respublikasının prezidenti cənab İ.Əliyevin başçılığı və Azərbaycan ordusunun uğurlu hərbi yürüşləri nəticəsində biz 2020-ci ildə torpaqlarımızı azad etdik. 2020-ci ildə Zəfər tariximiz yazıldı.
Dərsin sonu 9ç sinif şagirdlərinin "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" şüarının səslənməsi ilə bitdi.