Məktəbimizdə IX sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi

      29.04.2022-ci il tarixdə 198 nömrəli məktəbdə IX sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi. Görüşün məqsədi İl ərzində şagirdlərin imtahanlara hazırlığı və keçirilən monitorinqlərin nəticələri barədə fikir mübadiləsi aparmaq idi. Məktəbin direktoru Ş.Nadirova valideynlərə şagirdlərin həm tərbiyəsinə, həm də təhsilinə nəzarəti gücləndirməyi tövsiyə etdi. Müzakirələr zamanı aydın oldu ki, valideynlər övladlarının təlim  - tərbiyəsi üçün hər zaman müdiriyyətin və pedaqoji kollektivin kömək və dəstəyinə güvənirlər. Buraxılış imtahanlarına saylı günlər qalmasını nəzərə alaraq övladlarının uğur qazanması üçün davamiyyətin yüksək səviyyədə olması, verilən tapşırıqlara məsuliyyətlə yanaşmaq lazım olduğu xüsusi vurğulandı. Bütün valideynlərin övladlarına dəstəyi hiss olunarsa yaranan digər xoşa gəlməz halların qarşısını yerində və zamanında almaq olar. Sonda məktəbdə keçiriləcək "Açıq qapı" gününə valideynlər dəvət olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi