28 mart Dövlət Təhlükəsizlik Xidməti işçilərinin peşə bayramıdır

Bu gün 28 mart Dövlət Təhlükəsizlik Xidməti işçilərinin peşə bayramıdır. Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti 1919 - cu ildə Əlimərdan bəy Topçubaşovun əmri ilə yaradılmışdır.
Məktəbimizin tarix müəllimi Qiyasova Lalə 9ç sinif şagirdlərini maarifləndirmək məqsədilə Ulu Öndər Heydər Əliyevin Dövlət Təhlükəsizlik Xidmətində fəaliyyət göstərdiyi müddətdə Azərbaycan dövlətçiliyinə qazandırdığı uğurlardan danışaraq slayd göstərdi.
44 günlük Vətən müharibəsi zamanı xalqın təhlükəsizliyini qoruyan Dövlət Təhlükəsizlik Xidmətinin işçilərinin rolu tədbirdə xüsusi vurğulandı.
Bu peşə bayramı münasibətilə Dövlət Təhlükəsizlik Xidmətinin işçilərini təbrik edirik!