Martın 26-sı Epilepsiya Xəstələri Günüdür

      Bu mövzu ətrafında E.Ağayev adına 198N-li məktəbin şagirdləri ilə diskussiya aparıldı .Diskussiya bənövşəyi rəngli kağızların paylanması ilə başlanıldı.Sonra slayd göstərildi.Bu günün yaranması "bənövşəyi"rəngin nəyi simvolizə etməyindən söhbət etdilər.9 yaşlı qızcığazın həyat hekayəsindən danışdılar.

2008-ci ildə epilepsiyadan əzab çəkən doqquz yaşlı qız Kessidi Meqan özünün başqalarından heç də fərqlənmədiyini göstərməyə qərar verib. O, xəstəliyin ətrafdakılar tərəfindən dəliliyin yüngül forması kimi qəbul edildiyini hiss etmişdi. Kessidi xəstəlik barədə yayılan mifləri dağıtmaq üçün "Bənövşəyi gün” yaratmağa nail olub. Epilepsiya qədim tarixə malik və indiyə qədər tam müalicəsi tapılmayan xəstəliklərdən biridir. Onun yeganə və əsas əlaməti təkrarlanan epileptik tutmalardır. Xəstəlik zamanı beyin qabığının müəyyən sahəsində- epileptogen ocaqda neyronlar sinxron şəkildə oyanır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi