"Bahar çələng"i mövzusunda keçirilən tədbirlər

BŞTİ-nin 01 mart 2022-ci il tarixli F-85 nömrəli əmrinə əsasən "Bahar çələngi" layihəsinin icrası ilə bağlı Tədbirlər Planına uyğun olaraq şagirdlərə milli-mənəvi dəyərləri, Novruz bayramının adət-ənənələrini bir daha xatırlamaq, onlara bağlılığı aşılamaq məqsədilə məktəbdə bir sıra tədbirlər keçirilir.
Qeyd edək ki, “Bahar çələngi” layihəsinin əsas məqsədi təhsilalanları mənəvi dünyamızın bir hissəsi olan Novruz bayramı, bütövlükdə dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirməkdən ibarətdir.
14.03.2022-ci il tarixində 198№li tam orta məktəbdə "Bahar çələngi" layihəsi çərçivəsində 3-cü sinif şagirdlərinin iştirakı ilə milli-mənəvi dəyərlərimizin əks olunduğu bədii nümunələr əsasında tamaşalar nümayiş olundu. Tədbirdə istedadlı şagirdlərin məharətlə ifa etdiyi kosa, keçəl, bahar qızı obrazları, milli rəqslər, o cümlədən Novruz adətlərinin yer aldığı səhnəciklər çox maraqla qarşılandı.