“Abituriyentlərdə imtahan stresinin aradan qaldırılması üsulları və uğur motivasiyası” mövzusunda görüş keçirildi

       11.03.2022 ci il tarixində məktəbimizin tam (11 illik) orta təhsil bazasında təhsil alan şagirdlərin buraxılış imtahanlarının birinci mərhələsinə dair “Abituriyentlərdə imtahan stresinin aradan qaldırılması üsulları və uğur motivasiyası” mövzusunda görüş keçirildi. Görüşdə məktəbimizin psixoloqu Mətləb Bayramov ilk öncə imtahanda abituriyentlərə uğurlar arzulayaraq, imtahanda diqqətli olmalı olduqları məsələlər barədə maarifləndirici məlumat verdi. Daha sonra “Stress, imtahan stressi, səbəbləri, stressi aradan qaldırmağa yönəlmiş psixoloji metodlar, nəfəs texnikaları və imtahanda uğur motivasiyası” haqqında təqdimat vasitəsi ilə ətraflı məlumat verərək, stresin düzgün idarə olunması ilə bağlı maariflənləndirici videorolik abituriyentlərə nümayiş olundu. Sonrakı mərhələdə isə stresin azadılmasına yönəlmiş  "Mandala" metodikası tətbiq olundu və abituriyentləri maraqlandıran suallar cavablandırıldı. Görüşün keçirilməsində məqsəd məktəbin buraxılış  (11 illik)  sinfində təhsil alan şagirdlərin imtahan stresinin düzgün idarə olunması, azaldılması, aradan qaldırılmasına köməklik etmək və onlara mənəvi sosial psixoloji dəstək olmaq idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi