İdman həftəsinin sonuncu günü

4 mart 2022-ci il tarixində 198№li tam orta məktəbdə idman həftəsinin sonuncu günündə şagirdlərin əl işlərindən ibarət, müxtəlif idman növləri əks olunmuş şəkillərdən ibarət sərgi təşkil edildi. Həmçinin məktəbimizdə idman yarışlarında nailiyyətlər əldə edərək medallar qazanmış şagirdlərlə görüş keçirildi. Görüşdə idmanın ölkəmizdə inkişafının ildən-ilə daha geniş vüsət almasından, prezident İ.Əliyevin idmana göstərdiyi qayğısı və səyi nəticəsində Azərbaycanın dünyada güclü idman ölkəsinə çevrilməsi haqqında maarifləndirici söhbətlər aparıldı.