Məktəbimizdə "Xocalı qan yaddaşımız" adlı tədbir keçirildi

Sabunçu rayonu, E.Ağayev adına 198 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirildi. Növbəti "Xocalı qan yaddaşımız" adlı tədbirdə məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak etdilər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Daha sonra soyqırımda həlak olan günahsız insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə iştirak edən şagirdlər Xocalıda baş verən hadisələr haqqında məlumat verdilər. Eyni zamanda, qəddar düşmənin günahsız insanlara qarşı törətdiyi vəhşilikləri əks etdirən səhnəciklər təqdim edildi.
Xocalı faciəsi və bu faciənin əsl görüntülərini lentə alaraq bütün dünyaya çatdıran Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev haqqında videoçarx təqdim olundu. Tədbirin sonunda şagirdlərdən ibarət xor kollektivi vətənpərvərlik mövzusunda mahnılar ifa etdilər. Həmçinin tədbirdə 44 günlük müharibədə Ali Baş Komandan İ.Əliyevin başçılığı ilə əldə etdiyimiz qələbədən, Vətənin azadlığı uğrunda canından kecmiş şəhid və qazilərdən söhbət açıldı, onların həyatından bəhs edən videoçarxlar təqdim olundu. Xocalı soyqırımı kədərlə anılsa belə, sonda "Qarabağ bizimdir"şüarı ilə çıxış edən şagirdlər Azərbaycanın mübariz bir dövlət olduğunu bir daha vurğuladılar.
Tədbirin sonunda məktəbimizin direktoru Ş.Nadirova çıxış edərək, tədbir iştirakçılarına , xüsusilə də şagirdlərə öz dərin minnətdarlığıni bildirdi və belə tədbirlərin onların vətənpərvər ruhda yetişməsinə xidmət etdiyini vurğuladı.