Məktəbimizdə “Narkomaniyaya son” adlı tədbir keçirildi

Azərbaycanın dövlət siyasətinin başlıca vəzifələrindən biri də sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər keçirməkdir.

E.Ağayev adına 198N-li məktəbdə 11.02.2022-ci il tarixində “Narkomaniyaya son” adlı tədbir keçirildi.

Tədbirdə məktəbin direktoru, Sabunçu rayon sahə inspektoru, kəndin axundu, narkoloji xəstəxananın həkimi, Ramana kənd icra nümayəndəsi, bələdiyyə sədri, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak etdilər. Himn səsləndirildi. Vətən müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə iştirak edən şagirdlər narkomaniyanın bəlaları haqqında məlumat verdilər, şeirlər söylədilər, səhnəciklər göstərdilər. Səhnəciklərdə şagirdlər tərəfindən gənclərin necə bu dəhşətli bəlaya düçar olması, onların bu ölümə aparan yoldan necə xilas olmaq istəməsi və s. canlandırıldı. Şagirdlər öz oynadığı rolları o qədər inandırıcı boyalarla ifa etdilər ki, izləyənlərin göz yaşlarına səbəb oldu.

Daha sonra məktəbimizin direktoru Ş.Nadirova çıxış edərək, şagirdlərə və tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi və qonaqlara söz verdi. Narkoloji xəstəxananın həkimi Arzu xanım “Ağ ölüm”ün bəlaları haqqında şagirdləri maarifləndirdi.

Tədbirdə iştirak edən Sabunçu rayon 12-ci polis bölməsinin əməkdaşı şahidi olduğu hadisələrdən danışdı və şagirdləri narkomaniyadan uzaq olmağa səslədi. Belə tədbirlərin keçrilməsinin vacibliyini vurğulayaraq, tədbir iştirakçılarına minnətdarlığını bildirdi. Ramana kəndinin axundu E.Ələsgərov isə şagirdləri dini cəhətdən maarifləndirdi və məktəbin gənclərin tərbiyəsindəki rolundan danışdı. Tədbirdə dəvət aldığından rəhbərliyə təşəkkür etdi. Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi