Qəhrəmanlıq və iftixar tariximiz

         E. Ağayev adına 198 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərdən biri də "Qəhrəmanlıq və iftixar tariximiz" 19 yanvar 2022-ci il tarixində keçirildi. Tədbirdə məktəbin direktoru, müəllimlər və şagirdlər iştirak etdilər. Himn ilə başlayan tədbir şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməklə davam etdi. Tədbirdə şagirdlər 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlər səsləndirdilər, şəhid anasına ünvanlanmış qəmli mahnı oxudular. 20 Yanvar faciəsinin dəhşətlərini, İlham və Fərizənin sevgi hekayəsini əks etdirən videoçarx nümayiş olundu. 6-cı sinif şagirdlərinin hazırladığı səhnəcik təqdim edildi. Sonda rəşadətli Azərbaycan ordusunun 30 il sonra işğal altında olan torpaqlarımızı azad etdiyi, şəhidlərimizin qanının yerdə qalmadığı vurğulandı.

https://www.facebook.com/Mektebim198/posts/4300963683340828?

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi