Birinci sinif şagirdlərinin məktəbə psixoloji adaptasiyası

          29.11.2021 – ci ildə E.Ağayev adına 198 nömrəli tam orta məktəbdə  birinci sinif   şagirdlərinin məktəbə adaptasiya prosesinə dəstək olmaq olmaq məqsədilə şagirdlərlə görüş keçirildi. Nəzərə alsaq ki, pandemiya dövrü məktəbə yenicə qədəm qoyan birincilərin ən mühüm psixoloji problemlərindən birinə çevrilmiş və nəticədə onların məktəb həyatına sosial psixoloji adaptasiya olmaqlarında müəyyən çətinliklər yaratmışdır. Qeyd edək ki, məktəb adaptasiyanın fizioloji ,  psixoloji və sosial formalarından hər hansı birinin çatışmazlığı kiçik məktəblilərin təlim fəaliyyətində uğursuzluqla nəticələnməsinə səbəb ola bilər. Yuxarıda sadaladıqlarımızı müəyyən qədər aradan qaldırmaq üçün bu gün birinci siniflərə kiçik motorika bacarıqları üzrə "Nöqtələrin birləşdirilməsi" , "Boyama" , Diqqət və hafizə üzrə "Eyniləşdirmə" tipli tapşırıqlar yerinə yetirilərə, şagirdlərlə adaptasiyaedici oyunlar keçirildi.

        Tədbirin keçirilməsində məqsəd birinci sinif şagirdlərinin məktəbə adaptasiya prosesinə dəstək olmaq və ünsiyyət bacarıqlarının və təşvişin azaldılmasına  kömək etmək idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi