Məktəbimizdə "İnsan hüquq və azadlıqlarının təminatı" mövzusunda dəyirmi masa keçirildi

12.11.2021 - ci il tarixdə 198 nömrəli tam orta məktəbdə 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə "İnsan hüquq və azadlıqlarının təminatı" mövzusunda dəyirmi masa keçirildi.
Məktəbin tarix müəllimləri Hüseynova Xırdaxanım və Həsrətli Lalənin təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. IX-XI sinif şagirdləri müzakirələr zamanı Konstitusiya Gününün tarixi əhəmiyyətindən, onun qəbul olunmasında Ümummilli lider Heydər Əliyevin uğurlu xidmətindən danışdılar. Konstitusiyanın maddələrinin birbaşa insan hüquq və azadlıqlarının təmin olunmasında, qanunlarınədalətli icra edilməsində rolunun böyük olduğunu qeyd etdilər.
https://www.facebook.com/Mektebim198/posts/4066207153483150?