Məktəbimizdə "Zəfərə gedən yol" adlı tədbir keçirildi

27 sentyabr 2020-ci il İkinci Vətən müharibəsinin başladığı gün.. Qələbəyə gedən yol. 44 günlük zəfər yolu. Ali Baş Komandanın başçılığı altında ordumuz tarixə qızıl hərflərlə yazılan "Zəfər yolu" keçdi. İllərin acısını tez bir zamanda unutdurmaq üçün çox sürətli bir yol. Bəli, Şanlı Azərbaycan Ordusunun igid əsgərləri canları, qanları bahasına düşməni elə susdurdu ki, başını qaldırmağa belə imkan vermədi. Siyasət meydanından döyüş meydanına qədər olan addımlar o qədər sürətlə və düşünülmüş atıldı ki, dünyada bənzəri olmayan bir igidlik nümayiş etdirdi Şanlı Azərbaycan Ordusu . Hələ çox illər bu müharibəni öyrənməyə çalışacaqlar. Zəfər yolumuz ilk Cəbrayildan başladı. Sanki nəfəslər kəsildi. Susqunluq. İlk qələbə sevincini yaşadıq. Dayanmadıq,durmadıq, irəlilədik.Sevinc göz yaşları bizi boğdu. Bir gözümüz güldü, o biri gözümüz ağladı. Axı müharibə itkisiz ölmur. Biz də bu itkidən yan ötmədik..
Elə igid, vətənpərvər oğullar yetişmişdi ki, onlar ölümün gözünə dik baxaraq döyüş meydanına sevinclə, gülə-gülə, mahnı oxuya-oxuya, dastan yazaraq getdilər. Belə oğulları olan ölkə heç zaman məğlub olmaz!
Bizim bu gün qazandığımız uğur sizin ölümün gözünə dik baxmağınızın, əliyalın düşmən generalını boğmağınız sayəsindədir. Bu zəfəri bizə yaşadan şəhidlərimiz, qazilərimiz, müharibədə döyüşən cəsur oğullarımız və əlbətdə möhtərəm prezidentimiz Ali Baş Komandan İlham Əliyevə borcluyuq. Şəhidlərin sayəsində başımızı dik tuturuq. Bu zəfəri bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyir , qazilərimizə can sağlığı arzulayırıq.
Sabunçu rayonu, E.Ağayev adına 198 nömrəli tam orta məktəbdə "Zəfərə gedən yol" adlı tədbir keçirildi.Tədbirdə məktəb rəhbərliyi, müəllim, şagirlər, şəhid anaları və qazilər iştirak etdilər. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.Tədbirdə canlarını ölkəmizin ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildi.Sonra məktəbin direktoru Şəlalə Nadirova çıxış edərək tədbir iştirakçılarını müzəffər şanlı ordumuzun cənab prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımıza bəxş etdiyi qələbə bayramı, Zəfər tarixi münasibətilə təbrik etdi.
Tədbirdə şagirdlər vətənpərvərlik və qələbə ruhlu şeirlər, tamaşalar və mahnılar səsləndirdilər.Tədbirin sonunda şəhid anaları, qazi və müharibə iştirakçılarının çıxışı dinlənildi.Məktəb rəhbərliyi onlara tədbirdə iştirak etdiklərinə görə minnətdarlıq bildirərək, "Fəxri Fərman" ilə təltif etdi.
Zəfər gününüz mübarək!
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!